
Azərbaycan millisinin heyətində dəyişiklik - "Qarabağ"ın forvardı oynamayacaq
0
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.