"Karvan-Yevlax"dan ayrılan futbolçu I Liqa klubunda

"Karvan-Yevlax"dan ayrılan futbolçu I Liqa klubunda

 
0

"Difai" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Roman Hüseynovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Roman Hüseynovun son klubu "Karvan-Yevlax" olub. O, daha əvvəl "Qəbələ", "Kəpəz", "Sumqayıt", "Mingəçevir" və "Şamaxı"da çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.