
Azərbaycanlı futbolçu "Partizani"də
0
Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Partizani" ilə anlaşıb.
"Boluspor"dan ayrılan Vüsal Albaniya təmsilçisi ilə 1+1 illik müqaviləyə qol çəkib.
30 yaşlı oyunçu artıq yeni klubunun heyətində yay-hazırlıq toplanışına qatılıb.
"Partizani" UEFA Avropa Konfrans Liqasında çıxış edəcək.