Azərbaycanlı futbolçuların komandasından heç-heçə -    biri qol vurdu

Azərbaycanlı futbolçuların komandasından heç-heçə - biri qol vurdu

 
0

Futbol üzrə Rusiya I Divizionunda 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçular Sadıq Bagievlə Kamran Əliyevin formasını geyindiyi SKA (Xabarovsk) doğma meydanda "Çayka"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Həmyerlilərimiz də bu görüşün iştirakçısı olub. Onlar matça start heyətində başlayıb. Sadıq 70, Kamran 81 dəqiqə  meydanda qalıb.

U-21 millimizin üzvü olan Bagiev 47-ci dəqiqədə sarı vərəqə görüb. Kamran Əliyev isə 65-ci dəqiqədə komandasının yeganə qolunu vurub.

4 turdan sonra aktivində 8 xal olan SKA turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.