"Barselona" transferdə "Real"a rəqib oldu

"Barselona" transferdə "Real"a rəqib oldu

 
0

"Liverpul"un yeni müqavilə təklifini qəbul etməyən İbrahima Konate karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sempre Barca" məlumat yayıb.

İspaniya çempionu "Real"ın da transfer siyahısında yer alan Konatenin nümayəndələri ilə danışıqlara başlayıb. 26 yaşlı mərkəz müdafiəçisi "Barselona"da oynamaq istədiyini klub rəsmilərinə bildirib.

Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvünün klubla müqaviləsi gələn ilin yayında başa çatır.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.