
"Bavariya"nın əfsanəsi 250-ci qolunu vurdu
0
Tomas Müller "Bavariya" tarixində ən çox qol vuran oyunçular siyahısında üçüncü yerdədir.
Sportal.az xəbər verir ki, alman yarımmüdafiəçi klublararası dünya çempionatında "Oklend Siti"yə qarşı keçirilən oyunda (10:0) dubl edərək, Münhen klubunun heyətindəki qollarının sayını 250-yə çatdırıb.
Bu göstəricidə o, yalnız Gerd Müllerə (566 qol) və Robert Levandovskiyə (344 qol) uduzur.
Xatırladaq ki, 35 yaşlı futbolçu mövsümün sonunda "Bavariya"dan azad agent kimi ayrılacaq.