"Bavariya"nın istədiyi futbolçu qərarını verdi

"Bavariya"nın istədiyi futbolçu qərarını verdi

 
0

"Bavariya"nın transfer etmək istədiyi Kaoru Mitoma gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, yaponiyalı vinger "Brayton"da qalacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Mitoma klub rəhbərliyinə qalmaq istədiyini və yeni müqavilə imzalamağa hazır olduğunu bildirib. Tezliklə 28 yaşlı ön xətt oyunçusu ilə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Brayton" Kaoru Mitomanı 2021-ci ilin yayında "Kavasaki"dən transfer edib. Yaponiya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.