"Beşiktaş" futbolçusunu satmaq istəyir

"Beşiktaş" futbolçusunu satmaq istəyir

 
0

"Beşiktaş"In futbolçusu Milot Raşitsa komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, baş məşqçi Ule Qunnar Sulşer kosovolu vingerin performansından məmnun deyil. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Raşitsa ilə Avropanın 3 klubunun maraqlandığı bildirilir. İstanbul nəhəngi 29 yaşlı oyunçu üçün 8-10 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq.

Qeyd edək ki, "Beşiktaş" Milot Raşitsanı 2023-cü ilin yayında "Norviç"dən transfer edib. Kosovo millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 83 rəsmi matçda 10 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.