
"Beşiktaş" "Real"ın müdafiəçisini istəyir
0
"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Real"ın müdafiəçisi Raul Asensionu transfer etməyi planlaşdırır.
"Qara qartallar" 22 yaşlı futbolçu üçün "kral klubu"na rəsmi təklif göndərib.
Tərəflər arasında danışıqlar davam edir. "Beşiktaş" onu icarəyə götürmək istəyir.
Asensio "Real"ın yetirməsidir və müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.