"Fənərbaxça"nın yeni transferi millidə zədələndi -    1 ay oynamayacaq

"Fənərbaxça"nın yeni transferi millidə zədələndi - 1 ay oynamayacaq

 
0

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin yarımmüdafiəçisi Edson Alvares sıradan çıxıb.

27 yaşlı futbolçu Meksika millisinin Yaponiya ilə keçirdiyi yoldaşlıq oyununda ayaq əzələsindən zədə alıb. Təcrübəli oyunçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Edson Alvaresi ötən ay "Vest Hem"dən satınalma bəndi ilə icarəyə götürüb. O, İstanbul təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.