
"Beşiktaş"dan hücumçusu ilə bağlı vacib qərar
0
"Beşiktaş" rəhbərliyi hücumçu Semih Kılıçsoyla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi əsas heyətdə az şans qazanan 19 yaşlı futbolçunun inkişaf etməsini istəyir.
"Ağ-qaralar" bunun üçün gənc forvardı daha çox iynaya biləcəyi bir kluba icarəyə göndərməyi planlaşdırır. "Beşiktaş" Semih üçün həm Avrpadan, həm də Türkiyədən gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü olan gənc hücumçu bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.