Hans Flik: "Ançelotti dünyanın ən yaxşı baş məşqçilərindən biridir"

Hans Flik: "Ançelotti dünyanın ən yaxşı baş məşqçilərindən biridir"

 
0

"Barselona"nın baş məşqçisi Hans Flik "Real"da çalışan Karlo Ançelotti haqda danışıb.

Sportal.az xəbər verir ki, alman mütəxəssis Braziliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunmuş həmkarı haqda xoş sözlər deyib:

"Karlo Ançelotti "Real"da möhtəşəm işlərə imza atıb. O, dünyanın ən yaxşı və ən uğurlu baş məşqçilərindən biridir. Ançelottiyə ən xoş arzularımı çatdırıram. Mükəmməl bir komandanın baş məşqçisi olacaq. İnanıram ki, Braziliya millisində də uğur qazanmağa davam edəcək".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.