
"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı
0
Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu Super Liqanın 35-ci turunun "Adana Demirspor"la matçında (4:1) dizindən zədə alıb. 31 yaşlı oyunçunun mövsümün qalan 3 oyununda iştirak edəcəyi gözlənilmir.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn bu mövsüm"Beşiktaş"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.