
Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza - təcavüzkar davranışa görə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantına II Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakə qərarlar qəbul olunub:
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyununda “Şahdağ Qusar” klubunda 7 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 70 manat cərimə edilsin (maddə 37);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qusar” komandası 70 manat cərimə edilsin (maddə 37);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyunu “Qusar” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilsin (maddə 60.4);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Göygöl” – “Kür-Araz” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Göygöl” – “Kür-Araz” oyununun matçöncəsi iclasına polis nümayəndəsi gec gəldiyinə görə “Göygöl” komandası 40 manat cərimə edilsin (maddə 73.2);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Lerik” – “Şəmkir” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 88-ci dəqiqəsində “Dinamo” klubunun 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Dinamo” komandası 200 manat cərimə edilsin (maddə 43.1);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun 3 nömrəli futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Ağdaş” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə “Ağdaş” klubu 400 manat cərimə edilsin (maddə 51.1);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Ağdaş” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 70 manat cərimə edilsin (maddə 37);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Sheki City” – “Araz Saatlı” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 37);
13.05.2025-ci il tarixində II Liqada XXV turun “Sheki City” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 37);