
"Borussiya" yaponiyalı vingeri transfer etmək istəyir
0
"Frayburq"un futbolçusu Ritsu Doan Bundesliqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" yaponiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Dortmund klubu Doan üçün artıq "Frayburq"la danışıqlara başlayıb. "Ayntraxt" da futbolçu ilə maraqlanır. Klubu 26 yaşlı öl xətt oyunçusu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, "Fraybura" Ritsu Doanı 2022-ci ilin yayında PSV-dən transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heytində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.