Bundesliqa klubu isveçrəli futbolçu ilə rəsmən müqavilə imzaladı

Bundesliqa klubu isveçrəli futbolçu ilə rəsmən müqavilə imzaladı

 
0

"Hoffenhaym" "Bazel"in yarımmüdafiəçisi Leon Avdullahunun transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, Almaniya təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı isveçrəli futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Transfermarkt portalının məlumatına əsasən, müqavilənin dəyəri 8 milyon avro təşkil edir.

Avdullahu "Bazel"in yetirməsidir. O, əsas komandada 71 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.