"Çelsi" Fransa millisinin üzvünü transfer etmək istəyir

"Çelsi" Fransa millisinin üzvünü transfer etmək istəyir

 
0

"Milan"ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" fransalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Menyan "Milan"ın yeni müqavilə təklifini qəbul etməyib. Bundan yararlanmaq istəyən "Çelsi" 29 yaşlı "əlcək sahibi" üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvünün klubla müqaviləsi gələn ilin yayında başa çatır.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.