Elçin Məsiyev Gürcüstan - Portuqaliya matçını idarə edəcək

Elçin Məsiyev Gürcüstan - Portuqaliya matçını idarə edəcək

 
0

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.