Əli Qurbani "Şəfa"ya qiymət "oxudu"

Əli Qurbani "Şəfa"ya qiymət "oxudu"

 
0

Millimizin sabiq üzvü Əli Qurbani karyerasını yenidən Azərbaycanda davam etdirə bilərmiş.

Sportal.az Sport1.az-a isstinadən xəbər verir ki, hücumçu ilə I Liqa kollektivlərindən biri maraqlanıb. Söhbət "Şəfa"dan gedir.

Paytaxt təmsilçisi forvardın menecerləri ilə təmasa keçib. Lakin hazırda klubsuz olan forvard bakılılara qiymət "oxuyub". 34 yaşlı futbolçu "Şəfa"dan aylıq 10 min dollar maaş tələb edib. Bu məbləğlə razılaşmayan paytaxt təmsilçisi transferdən imtina edib.

Qeyd edək ki, Əli Qurbani Azərbaycan millisinin heyətində 8 matçda meydana çıxsa da, fərqlənə bilməyib. Hücumçu ölkəmizdə yalnız "Sumqayıt"da çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.