
Karyerasını bitirən məşhur futbolçuya "Zirə"nin rəqibində vəzifə verildi
0
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqqibi olan "Hayduk"da yeni təyinatlar olub.
Sportal.az xəbər verir ki, Qoran Vuçeviç Split təmsilçisinin idman direktoru təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Karyerasını bitirdiyini açıqlayan İvan Rakitiç isə Vuçeviçin köməkçisi və texniki direktor vəzifəsini icra edəcək. "Barselona", "Sevilya", "Şalke" kimi klublarda çıxış etmiş 37 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Hayduk"un formasını geyinib.
Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Splitdə keçiriləcək.