
Fabreqas "Komo"dan ayrılmaq istəmədi, "İnter" yeni baş məşqçi ilə ilkin razılığa gəldi
0
"İnter" Kristian Kivu ilə prinsipial razılıq əldə edib.
Sportal.az xəbər verir ki, "Parma"nın 44 yaşlı rumın məşqçisi Milan klubu ilə 2027-ci ilin yayına qədər müqavilə bağlayıb. Kivu “İnter”də ildə 2 milyon avro qazanacaq.
Kristian 2007-2014-cü illərdə “neradzurri”nin heyətində çıxış edib. Daha sonra klubun gənclər və yeniyetmələr komandalarına (2018-2024) rəhbərlik edib.
“İnter” Fransesk Fabreqasın “Komodan” ayrılmaq istəməməsindən sonra Kivunu baş məşqçi təyin etməyi qərara alıb.
Xatırladaq ki, daha əvvəl Simone İnzagi Çempionlar Liqasının finalında PSJ-yə (0:5) məğlub olduqdan sonra “İnter”in baş məşqçi postunu tərk etmiş və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəhbərlik etməyə başlamışdı.