Filip Ozobiç "Turan Tovuz"da -    RƏSMİ

Filip Ozobiç "Turan Tovuz"da - RƏSMİ

 
0

"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Filip Ozobiçlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.