"Hapoel"in futbolçusu "Qarabağ"a keçmək istəyir    - transfer baş tutacaq?

"Hapoel"in futbolçusu "Qarabağ"a keçmək istəyir - transfer baş tutacaq?

 
0

"Qarabağ"la adı hallanan Lukas Venturanın bu komandaya keçəcəyi iddia olunsa da, onun transferi gündəmdə deyil.

Sportal.az saytına klubdan verilən məlumata görə, "Qarabağ" braziliyalı ilə maraqlanıb. Amma onun bu yay komandaya keçməsi, transfer edilməsi prioritet məsələ deyil.

Venturanın qarşıdakı transfer pəncələri zamanı keçidi bəlkə də baş tuta bilər. Ancaq indiki vaxtda onun transferi nəzərdə tutulmur. Futbolçunun özünün isə "Qarabağ"a keçmək istəyində olduğu bildirilir.

Qeyd edək ki, Ventura "Hapoel Beer-Şeva" klubu ilə 2027-ci il iyunun 30-na qədər məxsusdur.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.