“Los-Anceles”ə keçdiyim üçün inanılmaz dərəcədə qürur duyuram”

“Los-Anceles”ə keçdiyim üçün inanılmaz dərəcədə qürur duyuram”

 
0

Cənubi Koreya millisinin kapitanı Son Hın-Min “Los-Anceles”ə keçidini şərh edib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 33 yaşlı vinger ABŞ klubuna keçdiyi üçün qürur duyduğunu deyib:

"Dünyanın ən məşhur idman şəhərlərindən birində böyük ambisiyaları olan “Los-Anceles”ə qoşulmaqdan inanılmaz dərəcədə qürur duyuram. “Los-Anceles”in zəngin çempionat tarixi var və mən növbəti fəsli yazmağa kömək etmək üçün buradayam. MLS-də yeni çağırış üçün həyəcanlıyam. “Los-Anceles”ə kuboklar qazanmaq üçün gəlmişəm, bu kluba, azarkeşlərimizə, şəhərə bütün gücümü verəcəm. Səbirsizliklə işə başlamağımı gözləyirəm”.

O, ABŞ klubu ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.