İspan “Qarabağ”a görə “Makkabi” və “Aris”dən imtina edib

İspan “Qarabağ”a görə “Makkabi” və “Aris”dən imtina edib

 
0

“Qarabağ”ın yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.

Sportal.az saytına verilən məlumata görə, ispan yarımmüdafiəçiyə “Beytar” və “Aris”(Limassol) klublarından rəsmi təklif gəlib.

Lakin 26 yaşlı vinger Azərbaycan klubuna görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri geri çevirib.

Montiel avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə “Qarabağ”da oynamağa üstünlük verib.

Qeyd edək ki, futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib. Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.