
İtaliya A Seriyasına yüksələn 3-cü komanda da bəlli oldu
0
"Kremoneze" iki il əvvəl A Seriyasından düşdükdən sonra yenidən A Seriyasına qayıdır.
Sportal.az xəbər verir ki, Covani Stroppanın komandası B Seriyasının pley-off final mərhələsinin cavab oyununda "Spetsiya"nı 3:2 hesabı ilə məğlub edərək yüksək liqaya vəsiqəni təmin edib. Xatırladaq ki, ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.
Qeyd edək ki, daha öncə "Sassuolo" və "Piza" gələcək mövsüm üçün A Seriyasına yüksəlib.