Koutinyo Braziliya klubunda qaldı

Koutinyo Braziliya klubunda qaldı

 
0

"Vasko da Qama" "Aston Villa"dan icarəyə götürdüyü Filippe Koutinyo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Braziliya təmsilçisi 33 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubuna ödənilən təzminatın məbləği açıqlanmayıb. Braziliyalı oyunçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Vasko da Qama" Filippe Koutinyonu ötən ilin iyul ayında icarəyə götürmüşdü. Braziliya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.