Luka Modriç "Milan"ın hədəfində

Luka Modriç "Milan"ın hədəfində

 
0

"Real"dan ayrıldığını açıqlayan Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyası nəhəngi azad agent statusunda olan 39 yaşlı futbolçu ilə danışıqlara başlayıb. "Milan" təcrübəli futbolçuya 1 illik müqavilə təklif edib.

Qeyd edək ki, Luka Modriç başa çatan mövsümdə "Real"ın heyətində meydana çıxdığı 57 rəsmi matçda 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.