
"Mançester Siti" bu futbolçu üçün "Milan"a 57 milyon avro ödəyəcək
0
“Mançester Siti” “Milan” klubuna Teyani Reynders üçün 57 milyon avro ödəyəcək.
Sportal.az xəbər verir ki, Fabritsio Romanonun verdiyi məlumata görə, klublar 26 yaşlı Hollandiya millisinin yarımmüdafiəçisi üçün transfer məbləğini 57 milyon avro olaraq razılaşdırıblar.
Müqaviləyə asanlıqla aktivləşdirilə bilən bonuslar da daxildir və nəticədə transfer məbləği 65 milyon avroya qədər arta bilər. Razılaşmada həmçinin əldə edilməsi çətin olan bonuslar da yer alıb ki, bu halda Teyani Reyndersin ümumi transfer dəyəri 70 milyon avroya qədər yüksəlir.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında Reynders 37 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.