"Meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq" -    Millimizin müdafiəçisi

"Meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq" - Millimizin müdafiəçisi

 
0

"Milli komandamızda hər şey qaydasındadır. Böyük istək və həvəslə oyuna hazırlaşmışıq. Təbii ki, qarşıda bizi iki vacib görüş gözləyir. İlk matçımız İslandiyaya qarşıdır. İslandiya son illərdə çox inkişaf etmiş millidir. Heyətində də yaxşı, güclü futbolçular çıxış edir. Təbii ki, meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Qismət Alıyev deyib. O, 4 gündən sonra millinin Bakıda oynayacaqları Ukrayna yığması barədə də fikirlərini söyləyib:

"Ukrayna son Avropa çempionatında iştirak edib. Onların da yaxşı heyəti var. Həm İslandiya, həm də Ukrayna ilə görüşlərdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.