"Neftçi" məşqçisi ilə yollarını ayırdı -    RƏSMİ

"Neftçi" məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

 
0

Neftçi-2”nin məşqçisi Anar Vəliyevin klubdakı fəaliyyəti başa çatıb.

Sportalaz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 45 yaşlı mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışmış Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub. O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/25) və I Divizionun gümüş (2022/23) medallarını qazanıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.