
"Milan"ın müdafiəçisi "Komo"ya keçəcək
0
"Milan"ın müdafiəçisi Malik Tiav A Seriyasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Komo" almaniyalı futbolçunu transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Arıtq klublar arasında razılıq əldə olunub. "Komo" 23 yaşlı mərkəz müdafiəçisi üçün 25 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Milan" Malik Tiavı 2022-ci ilin yayında "Şalke"dən transfer edib. Almaaniya millisinin üzvü ötən mövsüm "rossonerilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 1 məhssuldar ötürmə ilə yadda qalıb.