
Millimizin müdafiəçisi: "Qol hesabımı açmağım üçün bilmirəm nə çatışmır"
0
“Çernomorets” və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna Premyer Liqasının 28-ci turunda “Vorskla” üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən millimizin futbolçusu bunları deyib:
“Matçın sonunda geridönüşü xarakter sayəsində reallaşdırdıq. Komanda hər şeyini verdi. Hər kəs nəticə üçün sona qədər mübarizə apardı. Bu qələbə bizə çox lazım idi. Hələ qarşıda çempionatın lideri "Dinamo" və "Aleksandriya”ya qarşı görüşlər var. Uşaqlar meydana çıxıb, ən yaxşısını göstərdilər. Hamı əladır. Qol hesabımı açmağım üçün bilmirəm nə çatışmır. Qarşıda iki oyun var. Əsas odur ki, komanda istədiyim nəticəni qazansın”.