"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

 
0

"Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Yunanıstanın “Asteras”(Tripoli) klubudur.

Kieltse şəhərindəki Pilkarski stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (2:2) ilə qarşılaşmışdı.

"Neftçi" son yoxlama görüşünü isə avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.