
"İmişli" iki futbolçusu ilə yeni müqavilə imzaladı
0
Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Elmir Rəhimzadə ilə 1 illik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu yarımmüdafiəçidir və onlar Birinci Liqada "İmişli"nin formasını geyinib.