
"Neftçi"dən ayrılan futbolçu BƏƏ klubunda
0
“Neftçi”dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi BƏƏ klubu "Ajman" ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Matias 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi. Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub. O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.