Özbəkistan klubunun kapitanı Premyer Liqamızda oynaya bilər

Özbəkistan klubunun kapitanı Premyer Liqamızda oynaya bilər

 
0

Özbəkistanın “Surxon” klubunun müdafəçisi Cəmaləddin Xocaniyazov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunu Premyer Liqamızdan 2 klub istəyir. Lakin həmin komandalar Rusiyanın U-21 yığmasının sabiq üzvünü maaş məsələsində razı salmalıdır.

Hazırda Xocaniyazov həmin klublardan son və daha yaxşı təklif gözləyir. Mərkəz müdafiəçisinin kapitanı olduğu “Surxon”la müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir.

O, karyerası ərzində "Zenit", “Amkar”, “Orhus”, “Dinamo”(Sankt-Peterburq”, “Baltika”, “Ural”, BATE, “Sumqayıt”, “Akron” klublarının formasını geyinib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.