
PSJ Fransa millisinin üzvünü transfer edəcək
0
PSJ heyətinə yeni qapıçı cəlb etmək üzrədir.
Sportal.az xəbər verir ki, Liqa 1 nəhəngi "Lill"də çıxış edən Lukas Şevalyenin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
PSJ fransalı qolkiper üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək. 23 yaşlı "əlcək sahibi" Paris klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Lukas Şevalye "Lill"in yetirməsidir. Fransa millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 48 rəsmi matçda meydana çıxıb.