
Qabon millisinin hücumçusu "Kəpəz"ə gəlir
0
Yeni mövsümdə daha iddialı olacağı gözlənilən “Kəpəz” transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Qabon milli komandasının hücumçusu Fahd Ndzenqueni heyətinə qatmağa yaxındır.
Hazırda “Brera”nın formasını geyinən Fahd 2026-cı il iyunun 30-na qədər Şimali Makedoniya klubuna məxsusdur.
O, karyerası ərzində “Mounana”(Qabon), “Tabor”(Sloveniya), “Primorye”(Sloveniya) klublarının formasını geyinib.(apasport.az)