Rza Cəfərova Rumıniyadan təklif

Rza Cəfərova Rumıniyadan təklif

 
0

Bunadək 12 oyunçu ilə yollarını ayıran “Neftçi”də daha bir ayrılıq gözlənir.

Sportal.az "FutbolPress.az"a istinadən xəbər verir ki, “ağ-qaralar”ın qapıçısı Rza Cəfərov Rumıniyanın köklü klublarından birinin “radarına” düşüb.

2021-ci ildən “Neftçi”nin qapısını qoruyan 21 yaşlı qolkiperə görə rəsmi təklifin gəldiyi bildirilir.

Rza başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.