
"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi
0
UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. "Qarabağ" burada "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin oyunları 7-14 avqust tarixlərində baş tutacaq.