
"Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
0
Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı doğma meydanda Rumıniya FKSB-si ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, matç Makedoniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü iyulun 30-da keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" İrlandiya "Şelburn"unu üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.