
Rusiya millisinin sabiq üzvü: "Kurban Berdiyev "Spartak" üçüni deal namizəddir"
0
Futbol üzrə Rusiya milli komandasının sabiq müdafiəçisi Vladimir Qranat “Turan-Tovuz”un çalışdırıcısı Kurban Berdiyevi “Spartak”ın baş məşqçi postuna namizəd kimi təklif edib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Qranat Tovuz klubunun çalışdırıcısı haqda bunları deyib:
“Kurban Berdiyev “Spartak” üçün ideal namizəddir. Bu cür məşqçinin Rusiya Premyer Liqasına qayıtması maraqlı olardı. Onun üçün kollektiv önəmlidir və buna görə də onun gəlişindən "Spartak" yalnız faydalana bilərdi".
Qeyd edək ki, Qranat “Dinamo”(Moskva), “Spartak”(Moskva), “Rostov”, “Rubin” klublarında oynayıb. O, həmçinin Rusiya millisinin üzvü olub.