"Şamaxı"nın daha bir rəqibi bəlli oldu

"Şamaxı"nın daha bir rəqibi bəlli oldu

 
0

“Şamaxı”nın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək komanda toplanış zamanı avqustun 9-u “İmişli” ilə də qarşılaşacaq. Matç Şamaxı şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Şamaxı təmsilçisi "Qəbələ" (14 iyul), "Karvan" (21 iyul) və "Kəpəz" (26 iyul) ilə də yoxlama oyununda üz-üzə gələcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.