
"Səbail" qanalı hücumçunu transfer etdi - RƏSMİ
0
“Səbail” PFK 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustaphanı heyətinə cəlb edib.
Qeyd edək ki, 20 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.