"Zirə"nin futbolçusuna viza verilmədi, "Hayduk"la oyunu buraxacaq -    SON DƏQİQƏ

"Zirə"nin futbolçusuna viza verilmədi, "Hayduk"la oyunu buraxacaq - SON DƏQİQƏ

 
0

"Zirə" avqustun 31-də səfərdə "Hayduk"la qarşılaşacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Xorvatiya klubu ilə heç-heçə edən qəsəbə təmsilçisini çətin səfər oyunu gözləyir.

Sportal.az saytının əldə etdiyi məlumata görə, "Zirə"nin bir futbolçusuna viza verilməyib. Anje Mutsinzi sənəd problemi üzündən bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi ruandalı futbolçuya giriş izni tanımayıb.

Mutsinzi Avropada Portuqaliya və Norveç kimi ölkələrin klublarında çıxış edib, oturum icazəsinə malik olub. Onun girişinə əngəl kimi Xorvatiya ilə Ruanda ölkələri arasında sənəd məsələləri göstərilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.