
"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ
0
"Sumqayıt" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın "Paysandu" klubundan Keffeli transfer edib. Bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Keffel 2024-cü ilin yayından "Paysandu"da çıxış edir. Braziliyalı futbolçu daha əvvəl Portuqaliyada "Trofense", "Torrense" və "Portimonense"nin formasını geyinib.