
"Sumqayıt" yeni baş məşqçisini açıqladı - RƏSMİ
0
"Sumqayıt"ın yeni baş məşqçisinin kimliyi bəlli olub.
Sportal.az xəbər verir ki, "kimyaçılar" Saşa İliçlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serb məşqçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis son olaraq Rusiyanın "Pari NN" klubunu çalışdırıb.