Vəli Qasımov Premyer Liqa klubunun İdarə Heyətində

Vəli Qasımov Premyer Liqa klubunun İdarə Heyətində

 
0

“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov I Liqa təmsilçisi “Mingəçevir” klubuna baş məşqçi təyin edilib.

Sportal.az xəbər verir ki, 2022-ci ildən Premyer Liqa klubunda idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023-24-cü illər futbol mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı” Məmmədovun rəhbərliyi altında I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Klub Ramiz Məmmədova göstərdiyi əvəzsiz xidmətlərə görə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.