"Araz-Naxçıvan"ın "Aris"lə matçlarının hakimləri açıqlandı

"Araz-Naxçıvan"ın "Aris"lə matçlarının hakimləri açıqlandı

 
0

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Aris"lə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, Bakıda baaş tutacaq ilk matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Andrey Kivulete olacaq. Ona laynsmanlar Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

Yunanıstandakı cavab görüşünün baş hakimi şotlandiyalı David Dikinson olacaq. Onun həmyerliləri Fransis Konnorla Conatan Bell yan xətt hakimi vəzifəsinə yerinə yetirəcək. Rayan Li isə dördüncü hakim olacaq.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.